Ümumilikdə dünyada 1,5 milyon insan ifrat yoxsulluq dərəcəsində yaşayır. Onlar həm sosial, həm səhiyyə, həm təhsil xidmətlərinə çıxışda müəyyən məhdudiyyətlərlə qarşılaşırlar.
Fins.az xəbər verir ki, bunu Dayanıqlı inkişaf üzrə milli əlaqələndirmə şurasının katibi Hüseyn Hüseynov “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans çərçivəsinsə keçirilən paneldə deyib.
“2023-cü ildə qlobal ÜDM-nin 3-5 faiz artacağı proqnozlaşdırılmışdı, amma bu böyümə cəmi 2,8 faiz təşkil edib.
Beləliklə, qlobal olaraq iqtisadi inkişafda ləngimə olduğunu görürük. Bu, inkişaf etmiş ölkələrdə 1,2 faiz, inkişafda olan ölkələrdə isə 4 faiz arasında dəyişir. Bizim üçün də önəmli olan inkişaf etməkdə olan ölkələrdəki vəziyyətdir",- deyə o əlavə edib.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir.