Azərbaycan Mərkəzi Bankı (AMB) Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə 2024-2028-ci illər üçün fintex strategiyası hazırlayır.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova sentyabrın 6-da Bakıda keçirilən
Azərbaycan-Türkiyə Fintex Forumunda deyib. O bildirib ki, Mərkəzi Bank, həmçinin "McKinsey" təşkilatı ilə həyata keçirdiyi maliyyə sektorunun davamlı inkişafı layihəsinin tərkib hissəsindən biri də məhz fintexlərdir: "Bütün bu tədbirlər ölkədə fintexlərə olan tələbin və təklifin artırılmasına, inkişafı üçün zəruri olan yeni rəqəmsal qabiliyyətli kadrların hazırlanmasına da dəstək olacaq".