Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında geniş tərkibdə görüş olub.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub. Azərbaycan-Macarıstan Strateji Dialoqunun Birinci iclası keçirilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında paylaşım edilib.
Qeyd edək ki, C.Bayramov Macarıstanda rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının keçirilməsi də nəzərdə tutulur.