Bu il Azərbaycan-Türkiyə Enerji Forumu Naxçıvan Muxtar Respublikasında keçiriləcək.
Bu barədə Fins.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu 28-29 sentyabr 2023-cü il tarixlərində baş tutacaq.
Xatırladaq ki, Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təsis edilib və ilk Forum 21-22 dekabr 2021-ci il tarixində Bakı şəhərində, Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu isə ötən ilin 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.