Mərkəzi Bank informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müəyyənləşdirəcək.
Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə bu gün təsdiqlənən “Poçt haqqında qanun”a edilən dəyişiklikdə əksini tapıb.
Mərkəzi Banka tövsiyə edilib ki, informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.