RƏSMİ

31 İyul

İnvestisiya pul nişanlarının satışı qaydası müəyyənləşəcək

İnvestisiya pul nişanlarının satışı qaydası müəyyənləşəcək.

Fins.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Mərkəzi Banka investisiya pul nişanlarının satışı qaydasını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə olunub.