RƏSMİ

27 İyul

Azərbaycanda avtomobillərin utilizasiya fondu yaradılır

Prezident İlham Əliyev "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Fins.az xəbər verir ki, dəyişikliyə əsasən nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılır.

Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşir:

utilizasiyası haqqı;

kreditlər və qrantlar;

hüquqi və fiziki şəxslərin könüllü ianələri;

beynəlxalq təşkilatların və digər donorların ayırmaları;

qanunla qadağan olunmayan digər mənbələr.

Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan müəyyən edir.