“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2022-ci ili 65,441 milyon manat xalis mənfəətlə başa vurub.
Fins.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 26,4% çoxdur.
Ötən il ASCO-nun əsas əməliyyat gəlirləri 570,071 milyon manat (əvvəlki illə müqayisədə 24,2% çox), satışlarının maya dəyəri 369,444 milyon manat (20,7% çox), ümumi və inzibati xərcləri 52,159 milyon manat (30,5% çox), sosial xərcləri 8,575 milyon manat (20,4% çox), digər əməliyyat gəlirləri 32,827 milyon manat (50,9% çox), digər əməliyyat xərcləri 70,172 milyon manat (6,6% çox), gözlənilən kredit zərərləri 8,249 milyon manat (1 il bundan əvvəl gəlir olub), əsas vəsaitlərinin silinməsi xərcləri 175 min manat (4,2 dəfə az), məzənnə fərqindən zərəri 829 min manat (10,8 dəfə çox), maliyyə xərcləri 1,222 milyon manat (29,6% az), mənfəət vergisi ödəmələri isə 26,632 milyon manat (80,4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə ASCO-nun aktivləri 1 335,416 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,4% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 20,3% azalaraq 161,726 milyon manata düşüb, balans kapitalı isə 7,9% artaraq 1 173,69 milyon manata çatıb.
Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur.