RƏSMİ

20 İyun

Avtobuslarda bank kartları ilə ödəniş etmək mümkün olacaq

Avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq.

Fins.az xəbər verir ki, bunu “K group” şirkətinin direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib.

“Bu ilin sonuna kimi "Bakıkart" aktiv olduğu ərazilərdə bu funksiya aktiv fəaliyyət göstərəcək”, - deyə Orxan Bayramov əlavə edib.