Sürücü, daşıyıcı, emalatxana və ya nəzarətçi taxoqraf kartlarının verilməsi və ya yenilənməsi, müvafiq olaraq sürücünün, daşıyıcının, emalatxananın və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla), habelə bu sahədə fəaliyyət göstərən digər fiziki və ya hüquqi şəxslərlə bağlanılmış müqavilə əsasında həyata keçiriləcək.
Fins.az-ın xəbərinə görə, bu, bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda operatorlar, taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) texniki heyət üzvləri, operatorların məsul şəxsləri və sürücüləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi xüsusi proqram üzrə hazırlıq keçməlidir. Xüsusi proqram üzrə hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə əsasında həyata keçiriləcək.
Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.