RƏSMİ

16 İyun

Azərbaycan neft məhsullarının ixracını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 284 470,39 min ABŞ dolları dəyərində 479 451,03 neft məhsulları ixrac edib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə demək olar ki, 2 dəfə, həcmi isə 95,5% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.