RƏSMİ

16 İyun

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azad olunacaq

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.

Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.