RƏSMİ

16 İyun

DSMF-nin gəlir və xərclərinin hər biri 4 milyon manat artırılır

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri artırılır.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət sosial müdafiə fondunun büdcəsinin gəlirlərinin 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata, xərclərinin də müvafiq olaraq 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata qaldırılması təklif edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.