RƏSMİ

12 İyun

Mərkəzi Bankın sədri: Çeklərlə bağlı Türkiyənin təcrübəsiylə maraqlanmışıq, 3 milyard manatlıq potensialımız var

“Çeklərlə bağlı Türkiyənin təcrübəsiylə maraqlanmışıq”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, bu, Türkiyədə çox effektiv prosesdir: “Mənim şəxsi baxışım odur ki, bu, çox vacib məhsuldur. Bunun üzərində hazırda beynəlxalq korporasiya ilə birgə işləyirik. Türkiyədən fərqli olaraq biz bunu daha çox rəqəmsal kanallar vasitəsilə etmək istəyirik. Bu, beynəlxalq praktikada ticarət məhsullarının maliyyələşməsi sistemidir. Türkiyədə çeklər sistemi aktiv işləyir. Biz sadəcə, yenidən kağız daşıyıcıya qayıtmaq istəmədiyimiz üçün rəqəmsal kanallar vasitəsilə bu prosesi aktivləşdirmək istəyirik. Hesablamalarımıza görə, bu sahədə 3 milyard manata yaxın potensialımız var”.