RƏSMİ

05 İyun

Azərbaycanın strateji valyuta ehtiyatları 12% artıb

Ölkəmizin strateji valyuta ehtiyatları 12% artaraq 66 mlrd dollara çatıb.

Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın da valyuta ehtiyatları 2,2% artaraq 9,2 mlrd dollar olub: “Bank sektoru 45,6 mlrd. manat aktivlərdən ibarətdir. Kredit portfelimiz 4% artaraq, 20 mlrd. manata çatıb. Fiziki və hüquqi şəxslərin depozit bazası 5%-dən artıq artım göstərib. Aprel ayında kredit portfelinin keyfiyyəti 3,7%-ə düşüb”.