RƏSMİ

05 İyun

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin təyinatı qaydası dəyişir

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin təyinatı qaydası dəyişir.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir.

Layihəyə əsasən, Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərini Naxçıvan Muxtar Respublikasında müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək.