2023-cü ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə təmin edilən gəlirlər proqnozla müqayisədə 485,7 mln. manat artıq icra edilib, artıq icra bütün mənbələr hesabına təmin edilib.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.
Qeyd edək ki, DGK xətti ilə təmin olunan gəlirlərdən idxala əlavə dəyər vergisi və gömrük rüsumları üzrə yenidən baxılma zamanı nəzərdə tutulan əlavə 939,8 mln. manatın yarısı və ya 480,1 mln. manatı cari ilin 4 ayında təmin edilmiş, aksizlər və yol vergisi üzrə 15,1 mln. manat azalma nəzərdə tutulduğu halda, 4 ay ərzində 5,7 mln. manat artıq icra təmin edilib.