2023-cü ilin ilk 4 ayında dövlət büdcəsinin gəlir və xərclərinin təhlili göstərir ki, yanvar və aprel aylarında gəlirlər xərclərdən daha çox, digər 2 ayda isə əksinə olub.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.
Qeyd edək ki, icra edilmiş dövlət büdcəsi üzrə ən böyük profisit 2548,6 mln. manat olmaqla yanvar ayında, ən böyük defisit isə 493,9 mln. manat olmaqla mart ayında qeydə alınıb.