2023-cü ildə dövlət büdcəsinə Dövlət Vergi Xidməti (DVX) xətti ilə ilkin olaraq 13 milyard 402 milyon manatın təmin ediləcəyi nəzərdə tutulmuş, yenidən baxılma zamanı bu məbləğ 1 milyard 530 milyon manat artırılaraq 14 milyard 932 milyon manata çatdırılıb.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.
Qeyd edək ki, bu artımın 87,5%-nin və ya 1338,8 mln. manatının hüquqi şəxslərin mənfəət vergisi və Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi hesabına təmin ediləcəyi nəzərdə tutulub.