1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması uğuru, dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin edə biləcək yeganə addım idi.
Fins.az bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian OilGas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında deyib.
"Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi Azərbaycanı dünyanın enerji ictimaiyyətinə tanıdan ilk tədbir oldu", - deyən dövlətimizin başçısı davamlı dəstəyə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.