RƏSMİ

31 May

Milli Məclisin başa çatan yaz sessiyasında 91 qanun qəbul edilib

Milli Məclisin yaz sessiyası başa çatıb.

Fins.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, yaz sessiyasında 14 iclas keçirilib, 91 qanun qəbul edilib.

Onun sözlərinə görə, yaz sessiyası ərzində həmçinin 1 yeni qanun qəbul edilib, 72 qanunda dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiq olunub.

Milli Məclisin növbədənkənar iclasları keçiriləcək.

O bildirib ki, iyun ayında növbədənkənar iclas keçiriləcək. Bununla bağlı 83 deputat müraciət edib.