Bəzi iqtisadi göstəricilər (Azərbaycanla İsrail arasında - red.) ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu göstərir ki, bu da mühüm rəqəmdir. Amma hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəmizi şaxələndirməyə çalışmalıyıq.
Fins.az bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında səsləndirib.
Planlaşdırılan birgə layihələrin reallaşdırılması nəticəsində ticarət dövriyyəsinin daha çox tarazlaşdırılacağına ümid etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Bu, yalnız enerji amilindən asılı olmayacaq, baxmayaraq ki, Azərbaycan uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur. Bu, həm də enerji sahəsində sıx əməkdaşlığımızın olmasının göstəricisidir".