Azərbaycanın kosmik fəaliyyətinin prinsipləri müəyyənləşir.
Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, kosmik fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
- kosmik fəzadan sülh naminə istifadə edilməsi;
- milli maraqların qorunması;
- kosmik resurslardan səmərəli istifadə olunması;
- milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi;
- kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.