RƏSMİ

24 May

“2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Fins.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.