Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.
Fins.az bildirir ki, qanuna əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında" 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilib.