RƏSMİ

22 Fevral

BƏƏ ilə imzalanmış Anlaşma Memorandumu təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fins.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən 2022-ci il noyabrın 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" təsdiq edilib.