RƏSMİ

15 Fevral

Zəlzələdə həlak olan vətəndaşlarımızın adları

Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Həlak olan Azərbaycan vətəndaşları adlar:

1) 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı

2) 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı

3) 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı

4) 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının

5) 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızı

6) 2002 təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlu

7) 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlu

8) 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlu

9) 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızı

10) 2000-ci il təvəllüdlü Şahin Vəliyev

Həlak olan Azərbaycan vətəndaşlarının cənazələrinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.