Yeni stansiyada iş əmsalı çox yüksək olacaq və təbii qaza böyük qənaət olacaq.
Fins.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq. Yəni, bu, hərtərəfli uğurlu bir layihədir.