“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına dəyişiklik edilib.
Fins.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, “Media Reyestri” informasiya ehtiyatı “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına daxil edilib.
Rəvanə Sərdarova
Fins.az