RƏSMİ

26 Yanvar

Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi 18 milyard dolları ötdü

Azərbaycan və İtaliya arasında ötən il ticarət dövriyyəsi 18.1 milyard dollar dəyərində olub.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 8.4 milyard dollar çoxdur.

Hesabat dövründə Azərbaycan İtaliyaya 17.7 milyard dollarlıq mal ixrac edilib, bu ölkədən isə 340,4 milyon dollarlıq mal idxal edib.

Bununla da İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub.