RƏSMİ

26 Yanvar

Azərbaycan hotellərinin gəliri 70% artıb

2022-ci ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci illə müqayisədə 1,7 dəfə (70%) artaraq 355,3 milyon manat olub.

Fins.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bunun da 59,6%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,4%-i ictimai iaşə xidmətlərindən, 3%-i müalicə və sağlamlıq xidmətlərindən, 9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.