RƏSMİ

26 Yanvar

Məktəblər üçün idxalı gömrük rüsumlarından azad edilən vasitələrin siyahısı hazırlanacaq

Dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən vasitələrin siyahısı hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.