RƏSMİ

25 Yanvar

Azərbaycanda yeni şirkət yaradılıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılacaq “Şahbulaq” daş karxanası layihəsinə dair müsabiqənin qalibi “StarMining” ilə birgə “Shahbulaq Mining” şirkətini təsis edib.

Fins.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Qeyd edilib ki, hazırda Ağdam rayonunda yerləşən “Şahbulaq” yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri aparılır.