Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Bu barədə Fins.Az-a İN-dən məlumat verilib.
Tərəflər Azərbaycan-Macarıstan əlaqələrinin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını, hər iki ölkə rəhbərliyinin əməkdaşlığın inkişafına, mövcud potensialdan səmərəli istifadəyə xüsusi önəm verdiklərini vurğulayıblar.
İqtisadiyyat naziri Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları barədə də məlumat verib, Macarıstan şirkətləri ölkəmizin əlverişli biznes mühitindən, tranzit potensialından yararlanmağa dəvət edib.
Görüşdə iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə edilib.