RƏSMİ

25 Yanvar

İnformasiya və rabitə xidmətlərinin həcmi 15%-dək artıb

Azərbaycanda ötən il informasiya və rabitə müəssisələri 2742,8 milyon manatlıq xidmət göstərib.

Fins.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, xidmətlərin 73,5%-i əhaliyə göstərilib.

Hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2021-ci illə müqayisədə 14,8% artıb. Bu sahədə əldə edilən gəlirin 82,4%-i qeyri-dövlət sektorunun payına düşübdür.