RƏSMİ

24 Yanvar

Naxçıvanda 4 vergi ödəyicisində pozuntu aşkarlanıb

Ötən ay ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib.

Fins.az APA-ya istinadən xəbər verir ki, dekabr ayında 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, 1 vergi ödəyicisində “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 vergi ödəyicisində isə aksiz markaları ilə markalanmalı olan malların markalanmadan satılması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.