RƏSMİ

24 Yanvar

Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə icazə blanklarının verilməsi ləğv edilir

Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi ləğv edilir.

Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 24-də keçilən iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinin ləğvi məqsədilə hazırlanıb. Bununla əlaqədar olaraq icazə blanklarının verilməsinə görə dövlət rüsumu da ləğv edilir.