RƏSMİ

23 Yanvar

Azərbaycanda dövlət mülkiyyətindəki təşkilatların investisiya qoyuluşu 17% artıb

2022-ci il ərzində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlərdə artım 2021-ci illə müqayisədə 13,8% təşkil edib.

Fins.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Dövlət mülkiyyətində olan təşkilatların əsas kapitala yönəltdiyi vəsaitlər 17 %, qeyri-dövlət mülkiyyətində olan təşkilatların (ABƏŞ istisna olmaqla) əsas kapitala yönəltdiyi investisiyalar isə 6,3 % artıb. Tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərdə isə 16,7% artım qeydə alınıb", - deyə o qeyd edib.