RƏSMİ

23 Yanvar

Azərbaycanda ötən il icmal büdcənin profisiti proqnozu 6,5 dəfə üstələyib

Operativ məlumata əsasən, 2022-ci il icmal büdcəsinin gəlirləri 42289,5 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 5528,6 mln. manat və ya 15,0 faiz, 2021-ci illə müqayisədə isə 8385,8 mln. manat və ya 24,7 faiz çoxdur.

Fins.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, icmal büdcənin xərcləri 35061,0 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 579,9 mln. manat və ya 1,6 faiz az, 2021-ci illə müqayisədə isə 5070,5 mln. manat və ya 16,9 faiz çoxdur.

2022-ci ilin icmal büdcəsində 7228,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 6108,5 mln. manat və ya 6,5 dəfə çoxdur.