Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 11517,5 mln. manat məbləğində transfertə qarşı 7923 mln. manat məbləğində vəsait daxil olub.
Fins.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artım Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3594,5 mln. manat və ya 31,2 faiz az istifadə olunmasına imkan verib.
Bundan əlavə, gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 5654,6 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 1049,6 mln. manat və ya 22,8 faiz, 2021-ci illə müqayisədə isə 1311,6 mln. manat və ya 30,2 faiz çoxdur.