RƏSMİ

23 Yanvar

Ödənişli xidmətlərdən büdcəyə nə qədər vəsait daxil olub?

Azərbaycanda ötən il dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 804,1 milyon manat vəsait daxil olub.

Fins.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 31,2% çoxdur.

Hesabat dövründə büdcəyə sair daxilolmalar isə 529,1 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 28,4% çoxdur.