"Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir".
Fins.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov "Facebook" hesabında məlumat paylaşıb.
O bildirib ki, 2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artaraq 133 milyard 825 milyon 800 min manat, qeyri-neft-qaz sektorunda isə 9,1% artaraq 69 milyard 826 milyon manat təşkil edib.