Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ilkin nizamnamə fondu artırılıb.
Fins.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ilkin nizamnamə fondu 100 000 min manat olub. Dəyişikliyə əsasən, ANAMA-nın nizamnamə fondu 2 209 512,9 min manat olacaq.