RƏSMİ

21 Yanvar

Ötən il kommersiya qurumlarının 72,8 faizi elektron qaydada qeydiyyata alınıb - FOTO

2022-ci ildə kommersiya qurumlarının 72,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 94,7 faiz olub.

Fins.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, yeni qeydiyyat üsulu ilə (fin kod + mobil nömrə) 1848 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu da 2021-ci illə müqayisədə 32 vahid çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,7 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,2 faiz təşkil edib.

Ümumiyyətlə, 2022-ci ildə icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,9 faizi “Asan İmza” vasitəsilə imzalanmaqla təqdim olunub.