Cari il yanvarın 1-nə respublika üzrə uçotda olan 1 milyon 400 min 824 vergiödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Fins.Az xəbər verir ki, Dövlət Vergi Xidmətindən AZƏRTAC–a verilən məlumata əsasən, 2021-ci illə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz (ümumi artımın 77,5 faizi), hüquqi şəxslərin sayı isə 9,6 faiz (ümumi artımın 22,5 faizi) artıb.
Həmin dövr ərzində kommersiya qurumlarının sayında 10,5 faiz artım qeydə alınıb.