2022-ci ildə 15 min 795 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci il ilə müqayisədə 33,4 faiz çoxdur.
Fins.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən AZƏRTAC –a verilən məlumata əsasən, qeydiyyatdan keçmiş kommersiya qurumlarının 72,8 faizi elektron qaydada, 27,2 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
2023-cü ilin yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,8 faizi MMC, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb. Qeydiyyatda olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 30 min 620 olub ki, bu da ötən ilə nisbətən 14,4 faiz çoxdur. Kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,4 faiz artaraq 46 min 701 vahid təşkil edib.
Qeyd olunub ki, 2022-ci ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarından 77,6 faizi yerli, 22,4 faizi xarici investisiyalı qurumlardır. Ötən illə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14,2 faiz artıb.