RƏSMİ

18 Yanvar

Dekabrda 195-1 Çağrı Mərkəzinə 45 mindən çox müraciət daxil olub

2022-ci il dekabr ayı ərzində İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 45178 müraciət daxil olub.

İqtisadiyyat Nazirliyindən Fins.Az-a verilən məlumata görə, bu müraciətlərin 40140-ı canlı rejimdə birbaşa, 5038-i isə səsli menyu vasitəsilə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı müraciət vərəqələri tərtib olunaraq cavablandırılmaq üçün Nazirliyin aidiyyəti qurumlarına göndərilib.

Daxil olan müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi,  həmçinin Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.