RƏSMİ

17 Yanvar

İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşları artırıldı - QƏRAR

“İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli Qərarında dəyişiklik edilib. 

Fins.az məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 1230 manat məbləğində müəyyən edilib. 

Qeyd edək ki, buna qədər  idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 1070 manat idi.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir