Hesablama Palatası Aparatının (qurumun Naxçıvan Muxtar Respublikası üzrə idarəsi istisna olmaqla) bu il üzrə xərclər smetası 10 milyon 625 min 965 manat məbləğində təsdiqlənib.
Fins.az Palataya istinadla xəbər verir ki, vəsaitin 9 milyon 565 min 676 manatı əməyin ödənişi, 746 min 409 manatı malların (işlərin və xidmətlərin) satınalınması, 153 min 80 manatı sosial ödənişlər, 160 min 800 manatı isə qeyri-maliyyə aktivləri üçün nəzərdə tutulub.