2022-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 4,0 faiz artıb.